Suares Messinin rekordunu qırdı

Suares Messinin rekordunu qırdı
XƏBƏR 30 Mart 2022 / 15:49 3173
-  A +

Uruqvay millisinin hücumçusu Luis Suares yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, “Altetiko”nun forvardı DÇ-2022-nin seçmə mərhələsinin Çili ilə səfər matçında (2:0) qol vurmaqla buna nail olub.

Suares bununla dünya çempionatının seçmə mərhələlərində Cənubi Amerika zonasında ən çox qol vuran futbolçu olub. Aktivində 29 qol olan futbolçu bu göstəricidə Argentina millisinin kapitanı Lionel Messini (28) qabaqlayıb.

Xatırladaq ki, Uruqvay millisi DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində 3-cü yeri tutaraq mundiala yüksəlib.


Son xəbərlər
topaz banner