Qazaxıstan millisi Millətlər Liqasında Azərbaycan yığmasının sonuncu rəqibi olub. Onlar Moldovaya qarşı oyunlardan sonra C liqasında oynamaq hüququ əldə ediblər. Beləliklə, Azərbaycan, Slovakiya, Belarus və Qazaxıstan komandaları bu liqanın 3-cü qrupunda yer alıblar.
Qol.az-ın xəbərinə görə, Moldovaya qarşı oyunlar (1:0, 0:1, penaltilər seriyasında 5:4) Qazaxıstan jurnalistlərinin narazılığına səbəb olub. Dünənki oyundan sonra təşkil edilən mətbuat konfransında isə jurnalistlərdən biri komandanın baş məşqçisi Andrey Karpoviçə belə bir sual ünvanlayıb: “Moldova kimi zəif rəqiblərə qarşı bu cür oynayırıqsa, bəs, Slovakiya, Azərbaycana qarşı necə çıxış edəcəyik?”.
Karpoviç suala cavabında deyib: “Yeni müqavilə barədə hələ fikirləşməmişik. Qarşıma qoyulan vəzifə Moldovanın iki oyunun nəticəsinə görə keçmək idi. Biz bunu etdik. O ki qaldı Slovakiya ilə oyuna, kim deyir ki, Moldova zəif komandadır? Bu fikri başa düşmürəm. Baxın, Moldovanın oyunçuları fərqli çempionatlarda oynayırlar. Reytinq heç də həmişə obyekt qiymət vermir. Kanada millisi dünya reytinqində neçəncidir? Çoxlu misal çəkmək olar.
Hesab edirəm ki, Belarus, Azərbaycan və Slovakiyanın yer aldığı bərabər səviyyəli komandaların qrupunda oynayacağıq. Burada təvazökar olmaq yox, qarşıya ciddi vəzifələr qoymaq lazımdır. Yoxsa, onda niyə Moldova ilə görüşdə məqsədə nail olduq. Bu, təkəbbür deyil. Qarşımıza yüksək hədəflər qoymalıyıq”.
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu