Argentina tarixi rekordunu təkrarladı

Argentina tarixi rekordunu təkrarladı
XƏBƏR 30 Mart 2022 / 10:25 3234
-  A +

DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edən (1:1) Argentina millisi öz rekordunu təkrarlayıb.

Qol.az xəbər verir ki, komanda məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.

Argentina yığması bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi. 

Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.


Son xəbərlər
topaz banner