Bu gün Azərbaycanın dörd güləşçisi Avropa çempionatının final görüşünə çıxıb.
Qol.az-ın xəbərinə görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən yarışda idmançımız Əliabbas Rzazadə (57 kq.) finalda Vladimir Yeqorovla (Şimali Makedoniya) üz-üzə gəlib. O, 6:8 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.
Üçqat dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş mükafatçısı, yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq.) isə həlledici görüşdə yerli idmançı İsmayıl Musikayevlə qarşılaşıb. Rəqibinə 1:12 hesabı ilə uduzan Əliyev gümüş medalla kifayətlənib.
Əşrəf Aşırov (79 kq) qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşib. 6:7 hesabı ilə məğlub olan idmançımız yarışı gümüş medalla başa vurub.
Maqomedxan Maqomedov (97 kq) isə finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gəlib. 11:5 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionu olub.
Daha bir güləşçimiz Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda yarışıb. İlk hissəni Bayramov 6:0 hesabıyla öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.
Qeyd edək ki, final görüşləri martın 29-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu