"Qarabağ"ın legioneri oynadı, komandası qalib gəldi

"Qarabağ"ın legioneri oynadı, komandası qalib gəldi
XƏBƏR 29 Mart 2022 / 01:00 2900
-  A +

"Qarabağ”ın futbolçuları Patrik Andrade ilə Leandro Andradenin çıxış etdiyi Kabo Verde yığması növbəti yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda öz meydanında San Marino ilə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Leandro Andrade də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Patrikin adı isə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.


Son xəbərlər
topaz banner