Millinin baş məşqçisi istefa verdi

Millinin baş məşqçisi istefa verdi
XƏBƏR 28 Mart 2022 / 17:54 2770
-  A +

Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib.

Qol.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyası məlumat yayıb. Martın 29-da Şotlandiya ilə yoldaşlıq görüşü mütəxəssis üçün son olacaq.

Qeyd edək ki, Almaniyalı məşqçi 2017-ci ildən Avstriya yığmasını çalışdırır. O, komandanı Avro 2020-nin finalına yüksəldib. Burada avstriyalılar 1/8 finalda turnirin qalibi İtaliyaya uduzub. Həmçinin yığma 2022-ci il dünya çempionatının seçmə mərhələsində pley-off mərhələsinədək yüksəlib. Lakin Avstriya yarımfinalda Uelsə məğlub olub (1:2).


Son xəbərlər
topaz banner