100 uşağı və ailəsini Ukraynadan təxliyə etdi

100 uşağı və ailəsini Ukraynadan təxliyə etdi
XƏBƏR 28 Mart 2022 / 17:29 2734
-  A +

Xorvatiya millisinin sabiq üzvü, hazırda "Şaxtyor"un futbol direktoru vəzifəsində işləyən Daryo Srna klubun akademiyasındakı 100 uşağın və onların ailəsinin Ukraynadan təxliyəsini təmin edib. 

Qol.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. 39 yaşlı keçmiş oyunçu 100 uşağı və ailələrini Xorvatiyada məskunlaşdırıb. Srna həmin insanlarla birlikdə Kiyevdən çıxmaq üçün 36 saat çətin və təhlükəli anlar yaşayıb. 

Qeyd edək ki, Srna 2002-2016-cı illərdə Xorvatiya millisində oynayıb. 


Son xəbərlər
topaz banner