İtaliya millisinin baş məşqçisi Roberto Mançini yığmanın DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya uduzaraq (0:1) turnirlə vidalaşması barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis "Football İtalia"ya açıqlamasında məyusluğunu ifadə edib:
“Böyük məyusluğa baxmayaraq, son 4il ərzində gördüyümüz işlərin yüksək qiymətləndirilməsindən məmnunam. Avro-2020-ni qazanmaq bizim yeganə uğurumuz deyil. Futbolçularımız əldə etdiklərinə görə tərifə layiqdirlər. Bizim xüsusi komandamız var. Biz dünya çempionatının seçmə mərhələsində finala birbaşa vəsiqə qazanmaq üçün İsveçrəni ən azı iki xal qabaqlamalıydıq. Bazeldə 3:0 hesabı ilə qalib gəlməli idik. Sentyabrdan bəri davamlı olaraq bəxtimiz gətirmədi, amma futbolçuları qınaya bilmərəm, yaxşı futbol nümayiş etdirdilər. Səhvlər etdik və şanslarımızı çevirə bilmədik. İndi komandaya gənc futbolçuları gətirmək imkanımız var, Ümid edirəm ki, onlar klublarında da şanslar qazanacaqlar. Biz gənc oyunçuların potensialını izləyə bilərik. Bu komandanın bir az da olsa, dünya çempionatının qalibi olmaq şansı var idi. Təbii ki, növbəti matçlarda da dəyişikliklər olacaq. Komandanı 2ildən sonra keçiriləcək Avropa çempionatına hazırlamalıyıq. Bu, bizim işimizdir. Avropa və dünya çempionatını qazanmaq istəyirdim. Dünya gözləməli olacaqlar. Mən işimi bəyənirəm və burada vacib uğur qazanmaq istəyirəm. Əgər məyusluğumuzu nəzərə alsaq, qalan hər şey həmişəki kimi davam edəcək”.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı