“Təlim-məşq toplanışını kifayət qədər məhsuldar davam etdiririk. Yaxşı çıxış etmək üçün gözəl şərait yaradılıb”.
Bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis yoldaşlıq görüşlərinin Millətlər Liqasına hazırlıq baxımından uğurlu olacağını düşünür: “Yığmaların kontekstində nadir hallarda bu qədər məhsuldar məşq etmək mümkün olur. Bizim vəzifəmiz oyunun kritik elementləri üzərində işləməkdir. İyunda keçiriləcək Millətlər Liqası matçlarına hazırlaşırıq. Hər şey plana uyğun gedir, futbolçuların əhval-ruhiyyəsi yaxşıdır, motivasiyaları qaydasındadır. Təbii ki, müəyyən çatışmazlıqlar da var”.
Kazakeviç istənilən matça qələbə üçün çıxdıqlarını vurğulayıb: “Hər bir görüşdə əsas məqsədimiz qələbə qazanmaqdır. Bunun rəsmi və ya yoldaşlıq görüşü olmasının fərqi yoxdur. Çalışmalıyıq hücumçular ən yaxşı mövqelərdə olsunlar ki, qol vurmaq şansları olsun. Təbii ki, komandamızın böyük potensiala malik olduğu standart vəziyyətlərdən yararlanmaq lazımdır. Ancaq biz buna nail olmamışıq, hətta yaxınlaşmamışıq”.
O, sabahkı qarşılaşmada ideal “11-liy”ə güvənəcəyini söyləyib: “Azərbaycanla oyunda ən yaxşı futbolçulardan istifadə edəcəyik. İki görüş arasında üç günün olması bərpaya kömək edir. Debütantlar da yaxşı təəssürat yaratdılar. Onların komandaya cəlb olunması bizə müsbət təkan verdi. Sabahkı matçda debütlər mümkündür. Məşqdə gördüklərimə əsasən deyə bilərəm ki, bu uşaqları çağırdığım üçün peşman deyiləm. Onlar bizə daxili rəqabət təmin edirlər”.
Qeyd edək ki, sabah Maltada keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi