Millinin oyununda nassist salamı verdi

Millinin oyununda nassist salamı verdi
XƏBƏR 28 Mart 2022 / 10:16 2644
-  A +

Almaniya millisinin İsraillə keçirdiyi yoldaşlıq oyununda qalmaqal yaşanıb. 

Qol.az xəbər verir ki, qarşılaşmanı izləyən azarkeşlərdən biri oyunda nassist salamı (Hitler salamı) göstərib. Həmin vaxt təhlükəsizlik əməkdaşları fanatı stadiondan çıxarıblar. Manheim polisi bu məsələni təsdiqləyib. Onlar videogörüntülər vasitəsi ilə 28 yaşlı gəncin kimliyini müəyyən ediblər və onu saxlayıblar. Polis artıq araşdırmaya başlayıb. Qeyd olunub ki, azarkeşin oyunları stadiondan izləməsinə ömürlük qadağa qoyula bilər və onun hüquqi müstəvidə ciddi cəzalarla üzləşməsi də mümkündür.

Əlavə edək ki, həmin oyun Almaniya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 


Son xəbərlər
topaz banner