Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start veriləcək.
Qol.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə sərbəst güləş üzrə mübarizə olacaq. Bu gün püşkatma mərasimi keçirilib və bu növdə ölkəmizi təmsil edəcək idmançıların rəqibləri müəyyənləşib.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində ispaniyalı Levan Metreveliylə qarşılaşacaq. İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenlə üz-üzə gələcək. Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Millimizin liderinin bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq. Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antalla münasibətləri aydınlaşdıracaq. Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevlə gücünü sınayacaq. Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək. Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaurla qarşılaşacaq.
Osman Nurmaqomedov (92 kq) yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi ya Simyone Yannattoni (İtaliya), ya da Radoslav Marçinkieviç (Polşa) olacaq.Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq. Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepi ilə qarşılaşacaq.
Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97, ertəsi gün isə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı