Olimpiya mükafatçımızdan gözlənilməz məğlubiyyət

Olimpiya mükafatçımızdan gözlənilməz məğlubiyyət
XƏBƏR 27 Mart 2022 / 13:42 1852
-  A +

Slovakiyada karate üzrə Qran Pri keçirilir.

Qol.az xəbər verir ki, millimizin lideri İrina Zaretska (68 kq) gözlənilmədən ikinci mərhələdə uduzub.

Tokio-2020-nin gümüş mükafatçısı bürünc medal uğrunda mübarizə aparmaq şansı qazansa da, bu görüşdə də məğlub olaraq mükafatsız qalıb.

Bundan başqa, 8 karateçimiz xalça üzərinə çıxıb. Onlardan Xumar Əlibəyova (50 kq) və İlahə Qasımova (55 kq) bürünc medal qazanıb.


Son xəbərlər
topaz banner