UEFA "Fənərbaxça"nı cərimələdi

UEFA "Fənərbaxça"nı cərimələdi
XƏBƏR 26 Mart 2022 / 18:55 2334
-  A +

UEFA "Fənərbaxça"nı cərimələyib.

Qol.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının pley-off mərhələsinin "Slaviya" ilə keçirilən səfər oyununda meydançaya yad əşyalar atmasıdır. Onların bu davranışına görə UEFA-nın İntizam Komitəsi "sarı-lacivərtlilər"i 27 500 avro məbləğində cərimələyib.

Qeyd edək ki, "Fənərbaxça" Çexiyada keçirilən oyunda rəqibinə 2:3 hesabı ilə məğlub olaraq Avropa Konfrans Liqasında mübarizəni dayandırmışdı.


Son xəbərlər
topaz banner