İbrahimoviç: "Məndən yaxşısını görənə qədər oynayacağam"

İbrahimoviç: "Məndən yaxşısını görənə qədər oynayacağam"
XƏBƏR 26 Mart 2022 / 17:29 1614
-  A +

İsveç yığmasının və "Milan"ın hücumçusu Zlatan İbrahimoviç UEFA-nın rəsmi saytına açıqlama verib.

Qol.az xəbər verir ki, 40 yaşlı hücumçu karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualları da cavablandırıb. İbrahimoviç deyib:

“Gələcəyim hələ bəlli deyil. Karyeramı indi bitirdiyim üçün sonradan peşman olmaq istəmirəm. Bacardığım qədər oynamaq istəyirəm. Reallıq odur ki, məndən yaxşısını görənə qədər oynayacağam. Ona görə də, hələ davam edirəm. Bilirəm ki, bir gün hər şey bitəcək. Futbol oynayanda adrenalin olur. Bu enerjini başqa heç nədən almaq mümkün deyil. Bitirdikdən sonra da bunu qəbul etməli və yeni işə sıfırdan başlamalısan”.


Son xəbərlər
topaz banner