Daha bir legioner Rusiya klubundan ayrıldı

Daha bir legioner Rusiya klubundan ayrıldı
XƏBƏR 26 Mart 2022 / 16:59 2408
-  A +

"Rubin"in (Rusiya) futbolusu Silvi Beqiç klubdan ayrılıb. 

Qol.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. 

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çox əcnəbi futbolçu Rusiya klublarından ayrılmağa qərar verib. 


Son xəbərlər
topaz banner