Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç komandanın futbolçusu Mahir Emrelinin zədəsi haqda danışıb.
Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, o, millimizin üzvü ilə bağlı deyib: "Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçdi. Oynamamasının səbəbi də bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi və ona əsas heyətdə yer verdim. Sonra ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".
Kopiç deyib ki, Emreli zədələnməsini ondan gizlətmək istəyib: Ondan zədələndiyini niyə demədiyini soruşdum. Cavabında komandaya gücləndirici kimi gəldiyini və ondan çox şey gözlənildiyini dedi. Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini söylədi".
Qeyd edək ki, M.Emreli "Hayduk"la görüşün (0:0) 56-cı dəqiqəsində əvəzlənib. O, zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı