U-17 yığmamız Malta ilə bərabərə qaldı

U-17 yığmamız Malta ilə bərabərə qaldı
XƏBƏR 25 Mart 2022 / 20:30 1598
-  A +

Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Qol.az xəbər verir ki,  Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesabı ilə başa çatıb.

Fasiləyə məğlub yollanan millimiz 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb. Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Millimizin qapıçısı Sadiq Məmmədzadə penaltini dəf edib.

Bu komandalar arasında növbəti oyun martın 28-də keçiriləcək.


Son xəbərlər
topaz banner