Mançini istefaya göndərilir?

Mançini istefaya göndərilir?
XƏBƏR 25 Mart 2022 / 12:28 2841
-  A +

İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yaxında istefaya göndəriləcəyi gözlənilir. 

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məqalələr yayımlanıb. Bildirilir ki, İtaliya Futbol İttifaqı yığmanın ötən gün DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya sensasiyalı şəkildə uduzmasını (0:1) bağışlamayacaq. Ona görə də mütəxəssisin yaxında vəzifəsini tərk edəcəyi ehtimal olunur. 

Həmçinin yerli mətbuatda İtaliya millisinin bu məğlubiyyətini "Faciə", "Fəlakət" kimi başlıqlarla şərh ediblər. 

Qeyd edək ki, İtaliya millisi Şimali Makedoniyaya uduzduğu üçün DÇ-2022 iə vidalaşıb. 


Son xəbərlər
topaz banner