Burak Yılmaz millidəki karyerasını başa vurdu

Burak Yılmaz millidəki karyerasını başa vurdu
XƏBƏR 25 Mart 2022 / 11:33 3676
-  A +

Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub. 

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə özü açıqlama yayıb. Yılmaz ötən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliyaya uduzduqları matçdan (1:3) sonra bunları deyib: 

"Bu gün son oyunumu keçirdim. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm". 

Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi. 


Son xəbərlər
topaz banner