Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski DÇ-2022-nin “pley-off”unda İtaliya üzərindəki sensasiyalı qələbəni (1:0) şərh edib.
Qol.az UEFA-nın sayına istinadən xəbər verir ki, o, son Avropa çempionları ilə görüşdən sonra deyib:
“Biz onları italyansayağı tərzdə məğlub etdik. Qapıya cəmi iki zərbə vurduq ki, biri qol oldu. Bu qələbəyə görə şadam və futbolçularımla fəxr edirəm.
Elmas “pley-off”un finalında bizimlə olacaq və komandanı gücləndirəcək. Traykovskiyə görə şadam. Biz məhz belə oynamağı planlaşdırırdıq. Özümüzün güclü tərəfimizi bilirik. Matçdan əvvəl futbolçularımdan xahiş etmişdim ki, oyundan həzz alsınlar. Onlar bunu edə bildilər”.
Xatırladaq ki, Şimali Makedoniya İtaliyanı səfərdə, 90+2-ci dəqiqədə vurulan yeganə qol sayəsində məğlub edib. Finalda onların rəqibi Portuqaliya olacaq.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video