Kvaratsxeliya yeni klubu ilə müqavilə bağladı

Kvaratsxeliya yeni klubu ilə müqavilə bağladı
XƏBƏR 24 Mart 2022 / 19:13 3643
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın Batumi "Dinamo"suna keçidi rəsmiləşib.

Qol.az Gürcüstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən gün Xviçanın "Rubin"dən ayrıldığı açıqlanıb. O, Rusiyada oynadığı üçün ölkəsində ailəsi təhdid olunurdu. Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirdilər


Son xəbərlər
topaz banner