"Ən dəhşətlisi odur ki..." - Nicat Rəhimov

"Ən dəhşətlisi odur ki..." - Nicat Rəhimov
XƏBƏR 24 Mart 2022 / 17:06 3220
-  A +

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalmasıdan sonra paylaşım edib.

Qol.az xəbər verir ki, idmançı antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb. Onun olimpiya medalı da əlindən alınıb.

N.Rəhimov "İnstaqram" hesabı vasitəsi ilə  qərarla qətiyyən razı olmadığını bildirib: “Bu vəziyyətdə ən dəhşətlisi odur ki, Olimpiya Oyunlarına vaxtında göndərilən nümunəmlə bağlı heç bir sual olmadan əsas mükafatı - Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qızıl medalı əlimdən almaq istəyirlər. Ona görə də bu qərardan apellyasiya şikayəti vermək niyyətindəyəm".

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, 29 yaşlı idmançının 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 

Qeyd edək ki, Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığını qəbul edib və o, ölkəni təmsil edib. 


Son xəbərlər
topaz banner