Bu gün UEFA Millətlər Liqasında pley-off oyunları keçirilib.
Qol.az xəbər verir ki, Estoniya millisi Kiprlə qolsuz bərabərə qalıb, Moldova yığması isə Qazaxıstana 1:2 hesabı ilə uduzub.Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar. Həmçinin görüşlər Millətlər Liqasında bu mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır. Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
Estoniya - Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
UEFA Millətlər Liqası, pley-off
İlk oyunlar
24 mart
21:00. Moldova - Qazaxıstan - 1:2
Qollar: İon Nikolaesku, 45+1 - Sergey Malıy, 63, Vyaçeslav Posmak, 79-avtoqol
21:00. Estoniya - Kipr - 0:0
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov