"Gələcək yarışlarda daha uğurlu nəticələr qazanmaq və bu uğuru olimpiadada davam etdirmək istəyirəm".
Qol.az xəbər verir ki, bunu Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçuların Avropa çempionatında gümüş medal qazanan Ruslan Qədirov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.
54 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, bu, onun beynəlxalq yarışlarda ilk medalıdır: "Ölkə xaricindəki turnirlərdə çox az iştirak etmişəm. Buna baxmayaraq, Avropa çempionatında ikinci yeri tutdum".
Böyüklər arasında Azərbaycan çempionatının qalibi olan boksçunun sözlərinə görə, növbəti yarışlarda hədəfi yalnız birincilik olacaq: “İlk iki görüşdə rumıniyalı Marian Çiniou və Ukraynanı təmsil edən həmyerlimiz Elmir Nəbiyevə qarşı taktiki cəhətdən yaxşı hazırlaşmışdım. Hər iki döyüşdə inamlı qələbə qazandım. Finalda qalib gəlməyə bir az təcrübəm çatmadı. Rəqibim döyüşümü oxudu. Bu yarışda müəyyən qədər təcrübə topladım. İnanıram ki, qarşıdakı yarışlarda daha uğurlu nəticə qazanmağa çalışacağam".
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video