Sneyder futbola qayıdır?

Sneyder futbola qayıdır?
XƏBƏR 24 Mart 2022 / 11:19 2854
-  A +

Niderland millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Uesli Sneyder böyük futbola qayıtmağa yaxındır. 

Qol.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. İddialara görə, 37 yaşlı keçmiş hücumameyilli yarımmüdafiəçi “Unterxt” klubunu çalışdıra bilər. Sözügedən komandanın baş məşqçisi vəzifəsi üçün ilk namizəd Mark van Bommeldir. Əgər “Utrext” Bommellə raızlaşmasa, Sneyderə təklif göndərəcək. 

Qeyd edək ki, Sneyder 2007-2009-cu illərdə “Real”da, 2009-2012-ci illərdə “İnter”də, 2013-2017-ci illlərdə “Qalatasaray”da oynayıb. O, karyerası ərzində “Ayaks”, “Nitsa”, “Əl-Qarafa” kimi klublarda da çıxış edib. Sneyder 2003-2018-ci illərdə Niderland millisinin formasını geyinib. Sabiq futbolçu karyerasını 2019-cu ildə başa vurub.   


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner