Abramoviçə bunun üçün icazə verildi

Abramoviçə bunun üçün icazə verildi
XƏBƏR 24 Mart 2022 / 09:39 3134
-  A +

Böyük Britaniya hökuməti "Çelsi"nin əməliyyat lisenziyasında daha bir dəyişiklik edib .

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Dəyişikliyə əsasən, London təmsilçisinin sahibi Roman Abramoviç nağd pul və likvidlik problemləri fonunda kluba 30 milyon sterlinqə qədər vəsait daxil edə bilər.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner