Mbappe PSJ-dəki vəziyyətdən bezib

Mbappe PSJ-dəki vəziyyətdən bezib
DÜNYA FUTBOLU 23 Mart 2022 / 14:44 3356
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe komandadakı durumdan bezib.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu Fransa millisinin düşərgəsində komanda yoldaşı Pol Boqbaya bildirib.

Poqba Mbappedən PSJ-dəki son vəziyyəti soruşub. O, isə kameralardan yayınaraq cavab verməyib və paltardəyişmə otağında hazırkı durumdan bezdiyini bildirib.

PSJ-də futbolçular arasında qruplaşma olduğu haqda xəbərlər yayılıb. Çempionlar Liqasının 1/8 finalında "Real"a məğlubiyyətdən sonra komandada gərginliyin daha da artığı bildirilir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onunla hələlik yeni sözləşmə imzalanmayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner