“Mənim kimi futbolçu görməyəcəksiniz”

“Mənim kimi futbolçu görməyəcəksiniz”
XƏBƏR 23 Mart 2022 / 08:48 2378
-  A +

“Milan”ın 40 yaşlı futbolçusu Zlatan İbrahimoviç bu il karyerasını başa vurmağı düşünmür.

Qol.az xəbər verir ki, o, bu haqda jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli oyunçu bu mövsüm “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, 8 qol vurub. O, bugünlərdə Çexiya ilə DÇ-2022-nin matçı üçün yenidən (5 illik fasilədən sonra) İsveç millisinə dəvət alıb.

“Karyeramı başa vurmaq barədə düşünəndə bir az qorxu hissi keçirirəm” - deyə o bildirib. “Yaxşı nəticələr qazandığım və zədəyə görə ağrımadığım müddətdə oynamağa davam etmək istəyirəm. Karyeramı peşmanlıq duymadan bitirməliyəm. Ona görə də zamanı ən yüksək səviyyədə dəyərləndirməliyəm. Bu, 20-25 ilmi sürər, bilmirəm. Amma bir gün oyanacam və artıq heç bir planımın olmadığını görəcəm. O zaman isə ən çox siz üzüləcəksiniz. Məni futbolçu kimi görməyəcəksiniz. Bunun dadını çıxarın. Çünki bir daha mənim kimi futbolçu olmayacaq”.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner