Əfsanəvi futbolçu 64 yaşında Ukraynanın müdafiəsinə qalxdı

Əfsanəvi futbolçu 64 yaşında Ukraynanın müdafiəsinə qalxdı
XƏBƏR 22 Mart 2022 / 22:46 4508
-  A +

Sovet futbolunun ukraynalı əfsanəsi Vladimir Bessonov Rusiya tərəfindən hücuma məruz qalan ölkəsinin müdafiəsi üçün silaha sarılıb.

Qol.az xəbər verir ki, 64 yaşlı veteran futbolçu paytaxt Kiyevi Rusiya ordusundan qoruyanların sırasındadır.

13 il (1977-1990) SSRİ millisində çıxış edən müdafiəçi 79 oyuna 4 qol vurub. O, "Dinamo" ilə UEFA kubokunun sahibi (1986), SSRİ çempionu (1977, 1980, 1981, 1985, 1986, 1990), SSRİ kubokunun qalibi (1978, 1985, 1987, 1990) olub.

Xatırladaq ki, Bessonov kimi Ukraynanın bir çox tanınmış idmançıları ölkəsinin müdafiəsi uğrunda döyüşlərə qoşulub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner