Rangel "Sabah"a transferindən danışdı

Rangel "Sabah"a transferindən danışdı
XƏBƏR 22 Mart 2022 / 15:29 1975
-  A +

"Sabah"ın yeni transferi Lukas Rangel Bakı klubuna keçidi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, braziliyalı hücumçu "globo.com"a açıqlamasında deyib: "Braziliyaya gəldiyim gündən ölkə daxilində və xaricdəki komandalardan bir neçə təklif almağa başladım.  Ailəm və menecerimlə məsləhətləşdikdən sonra mövsümün bu son hissəsində məni transfer etmək üçün daha çox istək nümayiş etdirən "Sabah"ın təklifini qəbul etməyi seçdim".

27 yaşlı futbolçu "Sabah"da ən qısa zamanda oynayamağa başlayacağına inandığını söyləyib: "Debütümü edə bilmək üçün daha çox çalışmalıyam. Ən çox sevdiyim işə, futbola qayıtmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, "Sabah" Ukraynadakı müharibə səbəbindən "Vorskla"dan ayrılan Rangellə 2 illik müqavilə imzalayıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner