Türkiyə ilə pley-off oyununu buraxacaq

Türkiyə ilə pley-off oyununu buraxacaq
XƏBƏR 22 Mart 2022 / 08:36 1738
-  A +

Portuqaliya millisinin müdafiəçisi Pepe koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu haqda Portuqaliya Futbol Federasiyasının saytı məlumat yayıb. 39 yaşlı futbolçu bu səbəbdən özünütəcrid rejiminə keçib. Onun yerinə məşqçilər heyəti “Lill”dən Tyaqo Calonu heyətə çağırıb.

Beləliklə, COVİD-19-a yoluxduğu üçün Pepe martın 24-də Türkiyə ilə DÇ-2022-nin pley-off matçını buraxmalı olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner