Türk futbolçu Rusiyada het-trik etdi

Türk futbolçu Rusiyada het-trik etdi
XƏBƏR 21 Mart 2022 / 11:06 4448
-  A +

Rusiyanın SSKA klubunda oynayan Türkiyə millisinin üzvü Yusuf Yazıcı uğurlu çıxışını davam etdirir.

Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ötən gün Premyer Liqanın  22-ci turunda "Rubin"lə oyunda (6:1) het-trik edib.

O, 5, 67 və 86-cı dəqiqədə fərqlənib. Bununla da türk futbolçu SSKA-nın heyətində Premyer Liqada 4 oyuna 6 qol vurub.

Qeyd edək ki, müqavilə ilə Fransa "Lill"inə məxsus olan Yusuf bu ilin yanvarında icarə əsasında Rusiya klubuna keçib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner