Namik oynadı, komandası qələbə qazandı

Namik oynadı, komandası qələbə qazandı
XƏBƏR 20 Mart 2022 / 19:21 2994
-  A +

Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında 28-ci tur oyununa çıxıb. 

Qol.az xəbər verir ki, komanda "Balıkesirspor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bursaspor" - "Balıkesirspor" - 2:1
Qollar:
Dursun, 22 (0:1), Atasayar, 53 (1:1), Pedro, 64 (2:1)

Namik bu oyunda meydana start heyətdə daxil olub və 90-cı dəqiqədə Yusuf Turkla əvəzlənib. 

Qeyd edək ki, "Bursaspor" hazırda turnir cədvəlində 28 xalla 18-ci, "Balıkesirspor" 11 xalla 19-cu pillədə qərarlaşıb. Siyahıya 59 xalla "Ankaragücü" başçılıq edir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner