Noyer Kanın rekordunu qırdı

Noyer Kanın rekordunu qırdı
XƏBƏR 20 Mart 2022 / 09:22 1865
-  A +

"Bavariya"nın qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki,  36 yaşlı qolkiperin rekordu Bundesliqanın 27-ci turunda evdə "Union Berlin"ə 4:0 hesabı qalib gəldikləri görüşdə qeydə alınıb.

O, Bundesliqada 311-ci qələbəsini qazanmaqla Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Noyer bunu 460, Kana isə 557 qarşılaşmada əldə edib.

Qeyd edək ki, Manuel Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bavariya"ya 2011-ci ildə "Şalke"dən keçib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner