Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ölkəsinin müdafiəsi uğrunda mübarizə aparanlar arasında iki nəfər də xüsusi diqqət çəkir.
Qol.az xəbər verir ki, bunlar Ukrayna idmanın simvollarından olan Kliçko qardaşlarıdır. Böyük qardaş Vitali Kliçko (50 yaş) uzun illərdir Kiyevin meridir.

Kiçik qardaş Vladimir Kliçko (45 yaş) isə bir neçə il əvvəl karyerasını başa vurub. Ağır çəkili peşəkar boksçular arasında beşqat dünya çempionu həm də planetin ən varlı idmançılarından sayılır.
Qeyri-rəsmi məlumata görə, o, peşəkar karyerası ərzində 200 milyon dollardan çox pul qazanıb. Buna baxmayaraq, ölkəsinin çətin günündə xaricdə yaşamağı yox, vətənində rus ordusuna qarşı döyüşməyi, məzlum insanlara kömək etməyi üstün tutub.
Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman deyir ki, müharibə başlayandan daha çox Vitali Kliçko ilə danışıb. “Ukrayna indi ağır dövrünü keçirir. Kliçko qardaşları, Lomaçenko (boks üzrə ikiqat olimpiya və dünya çempionu - red.) və Usik (peşəkar boks üzrə dünya çempionu - red.) millətinin və dünyanın qəhrəmanlarıdır. Onların hər birinin ölkəni tərk etmək üçün imkanları vardı. Amma əksinə geri qayıdıb həmvətənləri ilə birgə Ukraynanın müdafiəsinə qoşuldular”.

Kliçko qardaşları hazırda Kiyevdədirlər. Bugünlərdə Ukraynanın futbol üzrə milli komandasının İnstaqramdakı səhifəsində hər iki qardaşın paytaxtdan şəkli yayılıb. Şəkildə onların fonunda bombalanmış binalar yer alıb. Paylaşımda deyilir ki, Kliçko qardaşları hər gün düşmənin hücumu ilə üzləşən Kiyevdə qalaraq yerli insanlara kömək edirlər.

Bundan başqa onlar silaha sarılıb rus ordusuna qarşı da savaşırlar.


Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı