Levandovski Herd Müllerin rekordunu təkrarladı

Levandovski Herd Müllerin rekordunu təkrarladı
XƏBƏR 20 Mart 2022 / 01:37 2103
-  A +

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni uğura imza atıb. 

Qol.az xəbər verir ki, hücumçu buna Bundesliqanın 27-ci turunda "Yunion"la oyunda (4:0) nail olub. O, qarşılaşmada dubl etməklə yarışın 2021/22 mövsümündə vurduğu qolların sayını 31-ə çatdırıb. Nəticədə polşalı oyunçu ardıcıl 5 mövsüm çempionatda ən az 30 qol vura bilib. Bununla da Levandovski komandasının əfsanəvi futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. 

Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da oynayır. Herd Müller isə 1964-1979-cu illərdə bu komandanın formasını geyinib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner