Mahirin komandasından qələbə

Mahirin komandasından qələbə
XƏBƏR 20 Mart 2022 / 19:55 7024
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda 28-ci turda səfərdə "Slaven"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

M.Emreli sözügedən görüşdə iştirak etməyib. O, zədələndiyi üçün adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Dinamo" yarışın turnir cədvəlində 57 xalla birincidir. "Slaven" isə 30 xalla 7-ci pillədə qərarlaşıb. 

18:00. "Slaven" - "Dinamo" (Zaqreb) - 0:1

Qol: Orşiç, 20

"Qradski" stadionu


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner