"Benfika"dan xəbər yoxdur"

"Benfika"dan xəbər yoxdur"
XƏBƏR 19 Mart 2022 / 22:09 4012
-  A +

 "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın futbolçusu Cəlal Hüseynovun “Benfika”ya transfer məsələsi barədə danışıb.

Qol.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı verilən suala cavab olaraq deyib:

"Yayda ehtimal var idi. Əslində, ötən il qışda 2 həftəlik baxışa dəvət etmişdilər. Müqavilə də göndərmişdilər. Amma pandemiyaya görə gedə bilmədi. Yayda da ehtimal var idi. Dedilər ki, izləyəcəyik və nəzarətimizdə olacaq. Ondan sonra xəbər yoxdur".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner