"Qarabağ" bütün mövqelərə oyunçu axtarırır - Açıqlama

"Qarabağ" bütün mövqelərə oyunçu axtarırır - Açıqlama
XƏBƏR 19 Mart 2022 / 21:46 3323
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov danışıq apardıqları oyunçuların olub-olmaması haqda danışıb.

Qol.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"Mətbuatda bəzən çox xəbər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansı futbolçu ilə maraqlanmasın. Eynilə biz də. Tez-tez bəzi ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırırıq. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm. Bəzən şişirdilmiş xəbərlər yazılır".


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner