Boksçumuz medalı təmin etdi - Avropa çempionatı

Boksçumuz medalı təmin etdi - Avropa çempionatı
XƏBƏR 19 Mart 2022 / 18:17 1111
-  A +

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib. 

Qol.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.

O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində bu gün daha 4 boksçumuz rinqə çıxacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner