Krivotsyukun komandası uduzdu

Krivotsyukun komandası uduzdu
XƏBƏR 19 Mart 2022 / 17:51 810
-  A +

Millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında 26-cı tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi evdə "Şlyonsk"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Visla" (Plotsk) - "Şlyonsk" - 1:2
Qollar:
Tomaşik, 25 (1:0), Eksposito, 52 (1:1), Piaseçki, 90+3 (1:2)

A.Krivotsyuk sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.  O, 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 18 komanda arasında 36 xalla 7-cidir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner