Gözündən əməliyyat olunduğu üçün heyətdən çıxarıldı

Gözündən əməliyyat olunduğu üçün heyətdən çıxarıldı
XƏBƏR 19 Mart 2022 / 10:14 2311
-  A +

"Qalatasaray"ın futbolçusu Omar Elabdellaoui Norveç millisinin bu ay Slovakiya və Ermənistanla keçiriləcək matçlar üçün heyətindən çıxarılıb. 

Qol.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, 30 yaşlı müdafiəçinin gözü atəşfəşanlıq zamanı zədələndikdən sonra bir neçə dəfə əməliyyat olunub. O, növbəti həftə son əməliyyatın ardından müayinədən keçəcək. Elabdellaoui müayinələri millinin matçlarından sonraya təxirə salmaq üçün çalışıb. Lakin bu, mümkün olmayıb. Ona görə də Elabdellaoui duruma görə öz istəyi ilə yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Elabdellaoui 2020-ci ildən "Qalatasaray"da oynayır. O, 2013-cü ildən Norveç yığmasının üvüdür. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner