"Mətbuat hər şeyi elə təqdim edir ki..."

"Mətbuat hər şeyi elə təqdim edir ki..."
XƏBƏR 19 Mart 2022 / 09:46 1618
-  A +

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann komandanın liderləri Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə müqaviləni yeniləmək üçün aparılan danışıqlar barədə danışıb. 

Qol.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında bunun üçün əllərindən gələni etdklərini deyib: 

“Hər üç oyunçu bizim üçün çox önəmlidir. Lakin mətbuat hər şeyi elə təqdim edir ki, sanki heç bir çətinlik yoxdur. Ancaq bir neçə görüş keçirməli, hər şeyi oyunçularla və daha çox onların menecerləri ilə müzakirə etməlisiniz və bu, həmişə asan deyil. Amma Müller, Levandovski, Noyer bizə lazım olan təcrübəli futbolçulardır. Onların hamısı bir neçə ildir ki, “Bavariya”nın siması olub. Çox gözəldir ki, hər üçü artıq oxşar vəziyyətlərdən keçiblər". 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner