Lempard “90+9” qoluna sevinərkən əlini sındırdı

Lempard “90+9” qoluna sevinərkən əlini sındırdı
XƏBƏR 18 Mart 2022 / 13:44 4558
-  A +

“Everton”un baş məşqçisi Frenk Lempard Premyer Liqanın “Nyukasl"la keçirilən oyununda əlini sındırıb.

Qol.az xəbər verir ki, o, bunu “Sky Sports”a açıqlamasında özü deyib.

İngiltərəli mütəxəssis hadisəninin komandasının son dəqiqədə vurduğu qələbə qolundan sonra olduğunu bildirib: “Bilmirəm, qolu qeyd edərkən oldu. Düşünürəm ki, nəyəsə toxundum. İki dəqiqədən sonra anladım ki, əlim titrəyir və bir az da ağrıyır. Amma üç xaldan sonra buna razıyam. Mövsümün sonuna qədər daha neçə sınıq qəbul etməyə hazıram? Bəlkə də hər oyunda bir”.

Qeyd edək ki, "Everton" Premyer Liqanın 20-ci turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb (1:0). Komanda meydanda 83-cü dəqiqən sonra meydanda 10 nəfərlə mübarizə aparıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner