"Barselona"da "El-Klassiko" öncəsi şok zədələr

"Barselona"da "El-Klassiko" öncəsi şok zədələr
XƏBƏR 18 Mart 2022 / 09:54 3712
-  A +

"Barselona"nın futbolçuları Serjino Dest və Jerar Pike Avropa Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la görüşdə zədələniblər.

Qol.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 21 yaşlı sağ cinah müdafiəçisi görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun budunun arxa əzələləri zədələnib. Destin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı və 2 gün sonra keçiriləcək "El-Klassiko"da iştirak etməyəcəyi bildirilib. 

Pike isə 81-ci dəqiqədə adduktor əzələsində narahatlıq hiss edərək meydanı tərk edib. Hazırda onun "Real"la matçda iştirakı sual altındadır.

Qeyd edək ki, martın 20-də keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner