Azərbaycan millisi ilk oyunda darmadağınla uduzdu

Azərbaycan millisi ilk oyunda darmadağınla uduzdu
XƏBƏR 17 Mart 2022 / 21:44 5566
-  A +

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ulk oyununa çıxıb.

Qol.az xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi komanda 7-ci qrupda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.

Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.

Millimizin qrupdakı ikinci oyunu Latviyaya qarşı olacaq. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner