"Real" "El-Klassiko"ya xüsusi formalarla çıxacaq - Şəkil

"Real" "El-Klassiko"ya xüsusi formalarla çıxacaq - Şəkil
XƏBƏR 17 Mart 2022 / 15:47 3567
-  A +

“Real” La Liqanın 29-cu turunda "Barselona" ilə matça xüsusi formalar ilə çıxacaq. 

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi “El-Klassiko”da ağ çizgiləri olan qara rəngli formada çıxış edəcək. “Adidas” və yapon dizayneri Yoji Yamamoto tərəfindən hazırlanan geyim “Real”ın 120 illik yubileyi üçün təşkil edilən kolleksiyanın bir hissəsidir.

Qeyd edək ki, martın 20-si keçiriləcək “Real” - “Barselona” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner