PSJ də Rusiya şirkəti ilə əməkdaşlığı dayandırdı

PSJ də Rusiya şirkəti ilə əməkdaşlığı dayandırdı
XƏBƏR 17 Mart 2022 / 15:03 1266
-  A +

PSJ Rusiyanın bukmeker kontoru "Fonbet" şirkəti ilə əməkdaşlığı dayandırıb.

Qol.az xəbər verir ki, bu barədə "France Bleu" məlumat yayıb. Parislilər "Fonbetlə" müqaviləni mövsümün sonuna qədər dayandırmaq qərarına gəliblər.

Lakin PSJ-nin Moskvadakı futbol akademiyası öz işinə davam edəcək. Bu mövsüm akademiyada 3 yaşdan 17 yaşa qədər  500 uşaq təhsil alır. Klubdan verilən açıqlamada bildirilib: “Biz Rusiyada akademiyanın işini dayandırmaq üçün heç bir səbəb tapmadıq. Biz oradakı övladlar naminə işimizi davam etdiririk”

Qeyd edək ki, "Fonbet" və PSJ 2019-cu ildə əməkdaşlığa başlayıblar. Onların müqaviləsi 2023-cü ilə qədər hesablanıb.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner