AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra icraçı vitse-prezident Elxan Məmmədov qurumun saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, bu gün verilən qərarlarla bağlı deyib:
“Bugünkü iclasda səmərəli müzakirələr və fikir mübadiləsi aparıldı, bir neçə vacib qərar qəbul olundu. Artıq ictimaiyyətə də bəlli olduğu kimi bu gündən etibarən mənim AFFA-nın baş katibi kimi fəaliyyətim başa çatdı. Bundan sonra assosiasiyada fəaliyyətimi 2020-ci il yanvarın 28-də AFFA-nın Hesabat-Seçki Konfransında keçirilmiş seçkinin nəticəsinə uyğun olaraq İcraiyyə Komitəsinin üzvü və qeyd olunan tarixdə İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərara uyğun olaraq, icraçı vitse-prezident olaraq davam etdirəcəyəm. 2007-ci ildən başlayaraq 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm".
O bildirib ki, baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir: "2009-cu ildən etibarən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Sərxan Hacıyevin təcümeyi-halı AFFA-nın saytında yerləşdirilib, çox da təfərrüata varmaq istəmirəm. Sadəcə, şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə və turnirlərdə zəruri olan təcrübəni toplayıb. Çox şadam ki, bundan sonra da birgə fəaliyyətimiz davam edəcək. Sərxan Hacıyevə uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı