"Bizimlə görüşdüyünüz üçün Sizə həm Azərbaycan Güləş Federasiyası adından, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm.Sizin idmana diqqət və qayğınızı hər zaman hiss etmişik. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz də bu diqqətin göstəricisidir".
Qol.az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Namiq Abdullayev Prezident İlham Əliyevlə görüşdə deyib.
"Bildiyiniz kimi, millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdi. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazandıq. Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldu. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutdu. Ümumilikdə 16 medal qazandıq. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdu. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir" - deyə o bildirib.
N.Abdullayev görüş zamanı bu il noyabr ayında Azərbaycanda yunan-Roma güləş növü üzrə dünya kuboku keçiriləcəyini xatırladıb: "Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Əminliklə deyə bilərəm ki, bu görüş bizim üçün böyük stimul olacaq. Gələcək yarışlarda da uğurlar qazanaraq Sizi və xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı